Şirkət haqqında

IDS şirkəti (International Distribution Services) 2013-cü ildə yaradılmışdır və elektrik quraşdırma məmulatlarının təchizatı və satışı üzrə ixtisaslaşır. Şirkətin nisbətən yeni yaranmasına baxmayaraq, o, İtaliyadan və Almaniyadan yalnız keyfiyyətli avadanlıqlar təchiz etməklə, özünü Azərbaycan bazarında tanıtmışdır.

 

IDS şirkətinin fəaliyyətinin əsas istiqaməti – Vimar- italyan istehsalçısının və JUNG- alman istehsalçısının yüksək keyfiyyətli elektrik açarlarının və müxtəlif növ rozetkalarının geniş çeşidinin təchizatı, topdan və pərakəndə satışıdır. Şirkət dünya şöhrətli bu brendlərin rəsmi distribüteridir.

 

Təklif olunan məmulatların etibarlılığı və keyfiyyəti Avropa İttifaqı ölkələrinin standartlarına və sertifikatlarına uyğundur.

 

Şirkətimiz üçün prioritet istiqamət çevik qiymət siyasəti və hər bir müştəriyə fərdi yanaşmadır.

 

 

Brendlərimiz

Tərəfdaşlarımız